BDU-nun mətbuat xidməti jurnalistlərin seçimində birinci oldu - FOTO
AzEdu.az təhsil portalı 22 iyul - Milli Mətbuat Günü münasibətilə bir neçə nominasiya üzrə sorğu keçirərək qalibləri müəyyənləşdirib.
Day.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetindən (BDU) bildiriblər.
Sorğu "Media nümayəndələrinə daha çatımlı olan və qaldırılan məsələlərə tez bir zamanda reaksiya verən mətbuat xidməti rəhbəri", təhsil ekspertləri, universitetlərin mətbuat xidmətlərinin rəhbərlərindən isə "Təhsil sahəsinə aid mövzuları daha peşəkar, obyektiv və operativ şəkildə işıqlandıran jurnalist və təhsil mövzularına ən çox yer ayıran və bu əsnada peşəkar meyarları qoruyan media orqanı" ilə bağlı aparılıb.
"Media nümayəndələrinə daha çatımlı olan və qaldırılan məsələlərə tez bir zamanda reaksiya verən mətbuat xidməti rəhbəri" kimi Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova ilk yerə, Azərbaycan Dövlət İqtisad Universitetinin - UNEC-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnarə Məmmədova isə ikinci yerə layiq görülüblər.
"Azərbaycan müəllimi" qəzetinin əməkdaşı Ruhiyyə Daşsalahlı, Modern.az xəbər portalının əməkdaşı Namidə Bingöl təhsil sahəsinə aid mövzuları daha peşəkar, obyektiv və operativ şəkildə işıqlandıranlar sırasındadır.
Təhsil mövzularına ən çox yer ayıran və peşəkar meyarları qoruyan media orqanı kimi "Azərbaycan müəllimi" qəzeti və Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC ilk yerlərdədir.
Qaliblərə AzEdu.az təhsil portalı adından diplom veriləcək.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре