Ölkədə qızıl-gümüşün qiyməti ucuzlaşdı

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Day.Az Trend-ə istinadən bildirir ki, iyulun 22-də qızılın qiyməti iyulun 19-u ilə müqayisədə 25,058 manat azalaraq 1 unsiya üçün 2426,7925 manat təşkil edib.

Gümüş 0,0969 manat ucuzlaşaraq 1 unsiya üçün 27,7878 manata bərabər olub.

Platinin qiyməti 9,656 manat azalaraq 1445, 6375 manat, palladiumun qiyməti isə 21,7685 manat azalaraq 2575, 9250 manat təşkil edib.

Ad

22.07.2019

19.07.2019

Qızıl

XAU

2426.7925

2451.8505

Gümüş

XAG

 
27.7878

27.8847

Platin

XPT

1445.6375

1455.2935

Palladium

XPD

2575.9250

2597.6935

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.