Yardımlıda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə Masallı-Yardımlı avtomobil yolunda qeydə alınıb. 

Yardımlı rayonunun Bozayran kənd sakini Əmrah Baxışzadənin idarə etdiyi "VAZ 21011" markalı minik maşını qəfildən idarəetməni itirərək dərəyə aşıb. 

Sürücü və avtomobildə olan sərnişinlər - Vüqar Baxışov və Sirac Sultanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Ağır yaralanan V.Baxışov paytaxt xəstəxanalarından birinə göndərilib. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!