NASA 2019 OU1 adlı asteroidin Yer kürəsinə yaxınlaşması ilə bağlı xəbərdarlıq edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, agentlik göy cisminin 160 diametr böyüklüyündə olduğunu açıqlayıb.

Saniyədə 13 kilometr sürətlə uçan asteroidin Yerə ən yaxın keçəcəyi vaxt avqustun 13-də olacaq.

Alimlər bildirib ki, asteroid Yer üçün xüsusi təhlükə daşımır. Obyekt Yerdən təxminən 1 milyon kilometr aralı keçəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.