Son günlər geyimləri və paylaşımları ilə gündəm olan aktrisa Çimnaz Sultanova təcili əməliyyat edilib.

Day.Az axşam.az-a istinadən bildirir ki, aktrisa bu haqda özü İnstaqram hesabında məlumat verib.

O, halının qəfildən pisləşdiyini və Mərkəzi Klinikada əməliyyat olunduğunu deyib. Aktrisanın sözlərinə görə, əməliyyat uğurlu keçib və o hazırda özünü yaxşı hiss edir.

Ç.Sultanova pərəstişkarlarının Qurban Bayramını təbrik etməyi də unutmayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.