"Qarabağ" - APOEL oyununa neçə bilet satılıb?

Bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin "Qarabağ" - APOEL matçında tribunaların tam dolacağı gözlənilir.

Day.Az qol.az-a istinadən xəbər verir ki, Ağdam klubu dünən saat 17.00-a kimi satışa çıxarılan biletlərin 24 mininin satıldığını açıqlamışdı. Yerdə qalan 6 min biletin isə bu gün oyun başlanana kimi tam satılıb bitəcəyi, beləliklə, stadiondan matçı 30 min azarkeşin canlı izləyəcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, "Qarabağ" - APOEL oyunu saat 20.30-da başlanacaq. Kiprdəki ilk matçda Azərbaycan çempionu 2:1 hesabı ilə qalib gəlib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.