Şamaxı rayonunda yol nəqliyyat hadisəsi baş verib.

FHN-dən Day.Az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, Şamaxı rayonunun Muğanlı kəndində "KamAZ" markalı yük avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin 2002-ci il təvəllüdlü Hüseynov Süleyman Fazil oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!