Yaddaş testi

Aşağıdakı testdə verilən sualları cavablandıraraq yaddaşınızın necə olduğunu təyin edə bilərsiniz. Hesablamalar zamanı a hərfi 2 bal, b hərfi isə 0 bal olaraq qiymətləndirilir. Medicina.az maraqlı test üsulunu təqdim edir.

1. Hansısa bir adam və ya küçə adını unutduğunuz olubmu?
a)yox

b)hə

2. Evdən çıxarkən yadınızdan çıxıb unutduğunuz şeylər çoxmu olur?
a)yox

b)hə

3. Bir dəfə gördüyünüz adamın üzünü yadınızda saxlaya bilirsinizmi?
a)yox

b)hə

4. Yatağa uzanarkən gündüz baş verən hadisələri asanlıqla xatırlayırsınızmı?
a)hə

b)yox

 
 

5. Xoşladığınız verlişin vaxtını unudursunuzmu?
a)yox

b)hə

6. Qapının arxasından səs eşidərkən onun kimə məxsus olduğunu tez təyin edə bilirsinizmi?
a)yox

b)hə

7. Nəqliyyat vasitələrində tez-tez əşyalarınızı unudursunuzmu?
a)yox

b)hə

8. Parolları, PİN kodları asdanlıqla xatırlayırsınızmı?
a)hə

b)yox

9. Əşyalarınızın yerini tez-tez unudursunuzmu?
a)yox

b)hə

10. Mağazaya getdiyiniz zaman almağını planlaşdırdığınız şeyi almadığınız olurmu?
a)yox

b)hə

 
 

11. Sizin üçün vacib olan tarixi unutduğunuz olurmu?
a)yox

b)hə

12. Dünən yediyiniz yeməyin adını asanlıqla yadınıza sala bilirsinizmi?
a)hə

b)yox

13. Oxuduğunuz mətnin mövzusunu asanlıqla söyləyə bilirsinizmi?
a)yox

b)hə

14. Təyin edilmiş görüşə getməyi unudursunuzmu?
a)yox

b)hə

15. Son eşitdiyiniz lətifəni xatırlayıb danışa bilərsinizmi?
a)hə

b)yox

 
 

İndi isə balları hesablayın.

0-12 bal sizin yaddaşınızın yaxşı vəziyyətdə olmadığını bildirir. Siz yaddaşınızı bərpa eləmək üşün şerlər əzbərləməli, məhşurların sitatlarını oxumalısınız. Çoxlu məlumat toplamağa başlayın. Bu sizin yaddaşınızın möhkəmlənməsinə yardım edəcək. Küçədə gəzərkən gördüyünüz maşın nömrələrini və küçə adlarını yadınızda saxlamağa çalışın. Çoxlu krossvord işləyin və yaddaşınızı möhkəmlədirəcək vitaminlər qəbul edin. Əgər içki və siqaret kimi pis vərdişləriniz varsa o zaman mütləq imtina edin.

12-22 bal sizin yaddaşınızın yaxşı olmasını bildirir, amma siz onu işləməyə məcbur eləməlisiniz. Zəng edən zaman telefon kitabçasına baxmaqdansa yaddaşınızı təzələməyə çalışın. Yaddaşınızın bərpa edilməsi üçün çalışsanız onu möhkəmləndirə bilərsiniz. Yaddaşınızı daima məşq etdirin. Siz istəsəniz onun bərpasına nail ola bilərsiniz.

22-30 bal sizin yaddaşınızın yaxşı olmasının göstəricisidir. Çalışın yaddaşınızın daima belə olmasını qoruyub saxlayın. Bunun üçün çalışın həmişə yaddaşınızı məşq etdirin. Yaddaşınızı boş şeylərlə doldurub korlanmasına icazə verməyin. Aqressiyadan və yorğunlqdan da uzaq durun ki, sizin yaddaşınızı korlamasın. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!