Azərbaycanda kassir sahibkarın 340 min manatını götürüb qaçdı

Bərdə inşaat materialları mağazaların birində kassir işləyən şəxs oradan 340 min manat pul oğurlayıb.

Day.Az DİN-ə istinadən xəbər verir ki, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 10-da rayon ərazisindəki inşaat materialları mağazalarının birindən 340 000 manat pulu götürərək itkin düşmüş, orada xəzinədar işləyən X.Əliyev  saxlanılıb.

O, izahatında işlədiyi mağazadan qeyd edilən məbləği mənimsəməsini etiraf edib. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.