Bakıda ŞOK OLAY - Yük maşını polis şöbəsinə çırpıldı

Bakı şəhər Xətai rayonu ərazisində yük maşını polis şöbəsinin giriş hissəsinə çırpılıb.

Day.Az Publika.az-a istinadla xəbər verir ki, Mehdi Mehdizadə küçəsində "İsuzu" markalı yük maşını 37-ci polis şöbəsinin qapı hissəsinə çırpılıb. Nəticədə qapı yararsız hala düşüb, həmçinin hasarın bir hissəsi uçub.

Hadisənin qəsdən törədildiyi və ya ehtiyatsızlıqdan baş verdiyi hələlik məlum deyil.

Araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.