Pəhriz siyahısına biri də əlavə olunub - kartof pəhrizi. Kartof pəhrizi 7 gündə 5 kilo arıqladır, lakin sağlamlığınızı da göz önünə almalısınız.

Day.Az Medicina.az-a istinadla xəbər verir ki, bu pəhrizdə qaynadılmış kartofdan istifadə edilir. Həftəlik pəhriz siyahısı aşağıdakı kimidir.
 
 
1-ci gün
 
- Səhər yeməyi: Qaynadılmış kartof və 4 qaşıq qatıq
- Günorta yeməyi: Qaynadılmış kartof və 4 qaşıq qatıq
- Axşam yeməyi: 8 qaşıq qatıq
 
2-ci gün
 
- Səhər yeməyi: 4 qaşıq qatıq
- Günorta yeməyi: Qaynadılmış kartof və 3 qaşıq qatıq
- Axşam yeməyi: 8 qaşıq qatıq, qaynadılmış kartof
 
3-cü gün
 
- Səhər yeməyi: Qaynadılmış kartof
- Günorta yeməyi: Qaynadılmış kartof və 3 qaşıq qatıq
- Axşam yeməyi: 4 qaşıq qatıq
 
Pəhrizdə uğur sirləri:
 
* Pəhriz, sizə və sizin sağlamlığınıza zərər verən qidalanma vərdişlərindən xilas olmaq deməkdir və həyatınızın hər dövründə uyğunlaşa biləcəyiniz bir nizam olmalıdır.

* Su içməyə əsla laqeyd yanaşmayın.

* Pəhrizə boşqabınızdakı yemək payını kiçildərək başlaya bilərsiniz.
* Duzu və şəkəri həyatınızdan çıxarın. Yağı isə məhdudlaşdırın.

* Xüsusilə də evdə mayalanmış qatıq yeməyə üstünlük verin.
* İdmanı həyatınıza daxil edin.

* Səhər yeməyi və ara paylara biganə yanaşmayın.
* Süfrəyə əsla çox ac oturub çox tox durmayın.

* Bitki çayları ilə bədəndə olan şişləri aradan qaldıra bilərsiniz. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.