Bəyə toy günüdə qoluna qandalvuruldu, boynuna dana çatısı salındı.
Day.Az "Ölkə.Az"a istinadla xəbər verir ki, hadisə Türkiyənin Tekirdağ vilayətinin Malkara qəsəbəsində baş verib.

Belə ki, bəyə dostları tərəfindən qeyri-adi hədiyyələr verilib. Bəyin boynuna  alma düzülmüş halqa salınıb və ona alma yedizdirilib. Daha sonra boynuna inək çatısı salınıb və çatının ucu gəlinin əlinə verilib, Dostlar  bəylə gəlinin qollarına qandal vurub, boynuna səhəng asıblar və müxtəlif qeyri-adi hədiyyələr təqdim ediblər.   Bu isə ətrafdakıların gülüşünə səbəb olub.
Sonda bu formada rəqs ediblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.