https://news.day.az/azerinews/1147276.html
Bakıda yaşayış binasında təhlükə aradan qaldırıldı
Bakıda yaşayış binasında təhlükə aradan qaldırıldı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində mənzilin eyvanından su borusunun asılı vəziyyətdə qalaraq bina sakinlərinin və yaxınlıqdan keçən vətəndaşların həyatı üçün təhlükə yaradıb.
Nazirlikdən Milli.Az-a verilən məlumaat görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri ərazidə təhlükəsizlik tədbirləri görüb və digər təxirəsalınmaz tədbirlər həyata keçirib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре