Şimali Kiprdə hərbi hissədə partlayış olub

Şimali Kiprdə güclü partlayış baş verib.

Day.Az Trend-ə istinadla xəbər verir ki, partlayış Qirne şəhərində hərbi hissələrin birində qeydə alınıb.

Partlayışa səbəb hərbi hissədə başlayan yanğın olub. İnsident nəticəsində xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verməsi isə hələ məlum deyil. Faktla bağlı araşdırma başlayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.