Silah anbarında PARTLAYIŞ - 4 hərbçi yaralandı

Qazaxıstanın Arıs şəhərində silah-sursat anbarında partlayış baş verib.

Day,Az Redaktor.az-a istinadən bildirir ki, insident anbardakı bəzi sursat fraqmentlərini təmizləyən zaman meydana gəlib.

Partlayış nəticəsində 4 hərbçi yaralanıb. Bu barədə ölkənin Müdafiə Nazirliyinin internet saytında yayımlanan bəyanatında deyilir.

Bildirilir ki, yaralılar Almatı şəhərindəki hərbi klinik hospitala yerləşdirilib. Hərbi polis insidentlə əlaqədar araşdırma aparır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.