BMW “Ford”la toqquşdu: hər ikisi arakəsməyə dəyərək aşdı

Hava limanı yolunda baş verən dəhşətli qəza kameraya düşüb.

Day.Az Avtosfer.az xəbər verir ki, BMW markalı avtomobil idarəetməni itirərək, "Ford" markalı mikroavtobusa dəyib.

Bu zaman "Ford" hərəkət istiqamətini dəyişərək dəmir arakəsməyə çırpılıb.

Ardınca isə bir neçə dəfə çevrilərək aşıb. Eyni zamanda, BMW də digər dəmir arakəsməyə dəyib.

Hadisə nəticəsində hər iki sürücü yaralanıb. "Ford"un daşıdığı yük isə yola səpələnib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.