Sobçak və Boqomolovun toyunda Kirkorov oxuyub

Teleaparıcı Ksenya Sobçak və rejissor Konstantin Boqomolovun toyunda məşhur müğənni Filipp Kirkorov oxuyub.

Day.Az Trend-ə istinadla xəbər verir ki, müğənninin ifasında olan "Qar" mahnısının sədaları altında yeni evlənənlər ilk rəqslərini ediblər.

F.Kirkorov bu mahnını toyda təsadüfən oxumadığını qeyd edib. Onun sözlərinə görə, Sobçak və Boqomolovun tanışlığı məhz bu kompozisiya altında baş verib.

Qeyd edək ki, ötən gün məşhurların nikah mərasimi keçirilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.