Könüldən ayrılan aktyorun ikinci övladı doğuldu

Aktyor Elçin Məmmədlinin ikinci övladı dünyaya gəlib.

Day.Az bildirir ki, bu barədə ölkə.az-a aktyorun çəkildiyi "Xüsusi təyinatlı İbad" filminin rejissoru Natiq Novruzov məlumat verib. Novruzov bildirib ki, Məmmədli oğul atası olub.

Qeyd edək ki, Elçin Məmmədli birinci dəfə teleaparıcı Könül Muxtarova ilə ailəli olub. Onların bu nikahdan bir qız övladı dünyaya gəlib. Bu isə aktyorun ikinci rəsmi nikahından doğulan övladıdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.