“The Walt Disney Company”nin rəhbəri “Apple”dən getdi – rəqabət başlayır
"The Walt Disney Company" kinostudiyasının rəhbəri Robert Ayger "Apple" şirkətinin Direktorlar Şurasının tərkibindən çıxıb.
Day.Az oxu.az-a istinadla xəbər verir ki, bu barədə "The Hollywood Reporter" jurnalı yazıb.
Jurnalın məlumatına görə, Ayger sentyabrın 10-da "Apple"də vəzifəsini şirkət tərəfindən "Apple TV+" (noyabrın 1-də işə başlacaq - red.) video servisinin təfərrüatları açıqlandıqdan sonra tərk edib.
Qeyd edilir ki, videoservis noyabrın 12-dən "The Walt Disney Company" tərəfindən yayımlanacaq "Disney+"un rəqibi olacaq.
"Apple" öz bəyanatında direktorlar şurasında çalışdığına görə Aygerə təşəkkür edib və "Disney" ilə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре