Keçmiş məmurun qızı evində ÖLÜ TAPILDI - Tanınmış vəkil idi

Keçmiş Balıkesir Bələdiyə Başçısı Sami Gökdenizin qızı - tanınmış vəkil Ebru Gökdeniz evində ölü tapılıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, onun nəşi dünən yerli vaxtla saat 19:40 radələrində yatağında aşkar edilib.

Prokurorluğun araşdırmasından sonra Gökdenizin ölüm səbəbi aydınlaşdırılmaq məqsədi ilə ədliyyəyə təqdim ediləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.