Sumqayıtda mənzil yanıb

Sumqayıtda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Day.Az-a verilən məlumata görə, Sumqayıt şəhərində ümumi sahəsi 35 m² olan 1 otaqlı mənzildə ev əşyaları 2 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.