İzmirdə tanınmış aktyorları döyüblər

Türkiyəli aktyorlar Şevket Çoruh və Murat Akkoyunlu küçədə döyülüb.

Bizimyol.info xəbər verir ki, hadisə İzmir şəhərində baş verib. Şevket Çoruh və Murat Akkoyunlu İzmirdə tədbirdən sonra restorana gediblər. Onlar nahar etdikləri zaman avtomobilini park edən şəxsin küçə itini maşınla vurduğunu görüblər. Aktyor həmin adama öz iradlarını bildirib. Qarşı tərəf isə onlara "tanınmış adamsız deyə, burda aktyorluq etməyin", - deyib.   Daha sonra tərəflər arasında mübahisə yaranıb. Ətrafdakı insanların da mübahisəyə qoşulması davaya səbəb olub.

Tanınmış aktyorlara hücum edənlərin, yemək yedikləri restoranın yaxınlığındakı barın işçiləri olduğu müəyyənləşib.

Hadisə yrinə gələn polis oları bıçaqlı qurupun hücumundan qurtarıb. Olayda xəsarət almayan aktyorlar ifadələri alınması üçün polis idarəsinə dəvət ediliblər.

"İzmirin mərkəzində döyüldük. Əlində bıçaq olan 50 nəfərdən canımızı zorla qurtardıq. Hazırda polis idarəsindəyik", - deyə Şevket Çoruh sosial mediada paylaşım edib.

Şevket Çoruh Murat Akkoyunlu

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.