Dəhşətli qatar QƏZASI: Azı 50 nəfər həyatını itirdi

Konqo Demokratik Respublikasının Tanqanika bölgəsində sərnişin qatarı qəzaya uğrayıb.

Redaktor.az "Al Arabiya" televiziyasına istinadən xəbər verir ki, nəqliyyat vasitəsinin relsdən çıxaraq aşması nəticəsində azı 50 nəfər həyatını itirib. Çox sayda yaralı var. Qəzanın səbəbləri araşdırılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.