“Ölkəmdəki insanları düşünürəm və özümü günahkar hiss edirəm” - "Yuventus"un futbolçusu

"Yuventus"un futbolçusu Aleks Sandro həyatı ilə bağlı açıqlama verib.

Day.Az goal.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu, ölkəsindəki insanların vəziyyəti və çətinlikləri barədə danışıb:

"15 yaşım olarkən, "Atletiko Paranaense"də oynamağa başladım. Həmin vaxt ayda 100 dollar qazanırdım. Klub ev, yemək və məktəb xərclərini qarşılayırdı. Məvacibimin 50 dollarını xərcləyirdim, 50 dollarını isə ailəmə göndərirdim. Komandamla qazandığım ilk qalibiyyətdən sonra 300 dollar aldım və evimizi rəngləyə bildik.

Bəzən ailəmlə vaxt keçirdiyim zaman 300-400 dollar xərcləyirəm. Amma sonra ölkəmdəki insanları düşünürəm və özümü günahkar hiss edirəm".

Qeyd edək ki, 28 yaşlı futbolçu 2015-ci ildən "Yuventus"un şərəfini qoruyur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.