Qazaxıstanda silah anbarı partladı: yaralananlar var

Qazaxıstanın Arıs şəhərində silah-sursat anbarında partlayış qeydə alınıb.

Day.Az virtualaz.org-a istinadən bildirir ki, hadisə anbardakı silah-sursatları təmizləyən zaman baş verib. Nəticədə dörd nəfər yaralanıb.

Bildirilir ki, yaralılar Almatıdakı hərbi klinik xəstəxanaya çatdırılıblar. Hadisə ilə əlaqədar hərbi polis yoxlama aparır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.