Şəmkirdə 1800 abonentin təbii qaz təchizatında fasilə yaranıb

Şəmkir rayonu, Düyərli kəndinə gedən diametri 159 millimetrlik orta təzyiqli qaz xəttini tikinti aparan təşkilatın texnikası zədələyib. Nəticədə 1800 abonentin qaz təchizatında fasilə yaranıb.

AZƏRTAC xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.