Sabah məktəblərdə ilk dərs nəyə həsr olunacaq?

Sabah məktəblərdə ibtidai sinif şagirdləri üçün ilk dərs məşğələsi "İdman və sağlamlıq" mövzusuna həsr ediləcək.

Day.Az Trend-ə istinadən bildirir ki, V-IX siniflərdə ilk dərs "Mütailə - mənəvi zənginliyə aparan yol" mövzusunda olacaq.

X-XI siniflərdə isə ilk dərs "Azərbaycan inkişaf yollarında" mövzularına həsr olunacaq.

Qeyd edək ki, şagirdlərin ilk dərs məşğələsinin həsr ediləcəyi mövzu Təhsil nazirinin müvafiq əmri ilə müəyyən edilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.