"Qalatasaray"ın futbolçusunun çənəsi qırıldı

"Qalatasaray" klubu ciddi itki ilə üzləşib. 

Offsideplus.az xəbər verir ki, Yunes Belhanda əməliyyat olunub. Türkiyə Superliqasının 4-cü turunda "Kasımpaşa" ilə görüşdə rəqib futbolçusu ilə toqquşan mərakeşli yarımmüdafiəçinin çənəsi qırılıb.

Bu gün əməliyyar olunan futbolçunun 3 həftə meydana çıxa bilməyəcəyi məlum olub.

Qeyd edək ki, Belhanda ilk üç turun hamısına 90 dəqiqə meydanda olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.