Bakının "almaz boyunbağı"

Paytaxt Bakının ən spesifik xüsusiyyətə, rəngarəng görünüşə malik yerlərindən biri də dənizkənarı bulvardır. Bura Bakı sakinlərinin, qonaqların, xüsusən də turistlərin ən sevdiyi, əyləndiyi istirahət məkanıdır.

Bulvarın tikintisinə 1909-cu ildə start verilib. Ötən illər ərzində Bulvar ərazisinin forması dəfələrlə dəyişdirilib. Hazırda milli parkın ərazisi köhnə bulvar, yeni bulvar və Ağ şəhər bulvarı olmaqla 3 hissəyə ayrılıb. 1998-ci ildə Milli park statusu alan bulvarın uzunluğu 16 kilometrdir, gələcəkdə 25 kilometrə çatdırılması nəzərdə tutulur...

Day.Az Trend-ə istinadən Bakının "almaz boyunbağı" kimi də adlandırılan Bakı bulvarından fotoreportajı təqdim edir.

Foto: Zaur Mustafayev