Bakıda ağır qəza: qırmızı işıqda keçdi, iki maşınla toqquşdu

Bakıda baş verən dəhşətli qəza anı kameraya düşüb.

Day.Az avtosfer.az xəbər verir ki, hadisə Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə Zərdabi küçəsinin kəsişməsində baş verib.

Belə ki, "Mercedes GL" markalı avtomobilin sürücüsü Haqverdiyev küçəsindən işıqforun qadağanedici nişanının tələbini pozaraq Zərdabi küçəsi ilə kəsişməyə daxil olub.

Bu zaman yaşıl işıqda hərəkətdə olan "Ford Transit" markalı yük avtomobili və "Nissan Tida" markalı maşınla toqquşub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.