Qaret Beyl: Azərbaycan yığmasında inkişaf var

Aaron Remzinin yığmaya qayıtması gözəl hadisədir. Onunla birgə oynamaq çox xoşdur. 

Day.Az Oxu.Az xəbər verir ki, bunu Uels millisinin və Madrid "Real"ının futbolçusu Qaret Beyl deyib.

O, bu gün Bakıda keçirilən mətbuat konfransında Azərbaycanla sabah keçiriləcək oyun barədə danışıb:

"Özümü yaxşı hiss edirəm. Milli komandada oynamaq böyük şərəfdir. İlk dəfə Bakıda oynayacağam.

Sizin komandanızın son oyunlarını gördükdə, inkişafın olduğunu deməliyəm. Əvvəllər Azərbaycan yığması zəif təsir bağışlayırdı. İndi isə daha baxımlı oynayırsınız".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.