Tarixin ən uzun aviauçuşunun maraqlı anları

Ötən gün qeydə alınan tarixin ən uzun uçuşunu həyata keçirən Avstraliyanın "Qantas Airlines"  şirkətinə məxsus təyyarədə baş verən maraqlı anlar mətbuata sızıb.

Sərnişinlər bildiriblər ki, günəşin iki dəfə doğmasını seyr ediblər.

Day.Az oxu.az-a istinadən xəbər verir ki, səhər yeməyinə şərab təklif edilməsi də sərnişinləri xeyli təəccübləndirib. Bundan əlavə, sərnişinlərdən bəzi aerobika məşqləri etməyi, sonra isə oturacaqların arasında gəzişməyi təklif ediblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.