Cem Yılmaz Bakıdadır

Türkiyəli şoumen Cem Yılmaz Bakıdadır.

Day.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi ötən gün paytaxtımıza gəlib. Yılmaz bunla bağlı sosial şəbəkədə paylaşım edib.

O, Azərbaycan bayrağını paylaşaraq "Ən gözəl Bakı. Xoş gəlmişəm. Can Azərbaycan" şərhini yazıb.

Yumor ustası bu gün media nümayəndələri ilə görüşəcək. Cem Yılmazın səfərinin məqsədi Bakı Konqress Mərkəzində verəcəyi "stand-up" şousudur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.