Məşhur model doğuş anına qədər hamilə olduğunu bilmədi

Avstraliyalı model Erin Lanqmeid gözlənilmədən ana olub.

Day.Az yenisaba.az.-a istinadən xəbər verir ki23 yaşlı model 37 həftə boyunca hamilə olduğunu bilməyib. Normal həyatına davam edən Erin hər gün çəkilişlərdə iştirak edib. Məlumata görə, Erin Lanqmeid bu müddətdə hamiləliyə qarşı dərmanlardan da istifadə edib. 

Bir gecə qəfildən özünü pis hiss edən E.Lanqmeid vanna otağına keçib. 10 dəqiqədən sonra isə o, dünyaya qız uşağı gətirib. Körpənin çəkisi 3,6 kiloqram olub. Uşağın tənəffüs yollarında problem olub. Həkim müdaxiləsindən sonra onun vəziyyəti normallaşıb. Model körpənin adını Ayla qoyub.

Həkimlərin dediyinə görə onun hamiləliyi gizlin keçib. Çox nadir rast gəlinən bu halda qadınlar uzun müddət hamilə qaldıqlarından xəbərsiz olurlar. Çünki belə hamiləlikdə orqanizmdə demək olar ki, heç bir dəyişiklik olmur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.