Sumqayıt zavodunda zəhərlənmə ilə bağlı məsələyə aydınlıq gətirildi

"Üstay" şirkətinin 13 əməkdaşı baş gicəllənməsi və ürək bulanması ilə əlaqədar həkimə müraciət edib.

Milli.Az bildirir ki, bunu Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departmamentinin rəis müavini İbrahim Əhmədov Sumqayıtda zavodda zəhərlənmə ilə bağlı məsələni şərh edərkən deyib.

Onun sözlərinə görə, əməkdaşlar müayinə üçün "Unikal" klinikasına göndəriliblər:

"Onlardan 10 nəfəri ambulator müalicəyə buraxılıb, 3 nəfər isə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə göndərilib".

O bildirib ki, onların özünü pis hiss etmələrinin səbəbi məlum deyil:

"Müəssisələrdə qaz sızması qeydə alınmayıb. Bitişik ərazidə olan SOCAR əməkdaşları özlərini yaxşı hiss edir, heç bir problem müşahidə olunmur".

Hələlik hadisənin səbəbləri məlum deyil.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.