İcra başçısı 1-ci müavini vəzifəsindən azad edildi

Ağsu Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rasim Novruzov vəzifəsindən azad olunub.

Milli.Az əbər verir ki, bu barədə Trend-ə İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, icra başçısının 1-ci müavini Rasim Novruzov öz xahişi ilə vəzifəsindən azad edilib. R.Novruzov səhhəti ilə bağlı ərizə yazıb və icra başçısına təqdim edib, vəzifəsindən azad olunmasını xahiş edib.

Qeyd edək ki, R.Novruzov həmçinin Rayon Fövqəladə Hallar Komissiyasının sədri idi.

 

Hazırda onun yerinə təyinat yoxdur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.