Xədicə İsmayıl Müsavat rəhbərləyini istefaya çağırdı

Jurnalist Xədicə İsmayıl Müsavat partiyasının rəhbərliyini istefaya çağırıb.

Milli.Az bildirir ki, o, sosial şəbəkədə paylaşım edərək, qeyd edib: "Müsavat rəhbərliyində istefa mədəniyyəti də yoxdur üstəlik".

Müsavatın rəhbər Arif Hacılı isə X.İsmayıla cavab verib ki, "şər və böhtana görə" istefa verməyəcək.

Xatırladaq ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.

Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Müsavat Partiyası funksionerləri isə hər vəchlə məsuliyyətdən yayınmağa, ictimai qınaqdan qaçmağa çalışırlar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.