Azərbaycan yığma komandasında növbəti itki

Azərbaycan milli komandasının üzvü Maksim Medvedev zədəli olduğu üçün Avro-2020-nin seçmə mərhələsində noyabrın 19-da Trnava şəhərində keçiriləcək Slovakiya - Azərbaycan oyununa yollanacaq heyətdən çıxarılıb.

Bununla bağlı AFFA məlumat yayıb. 

Qeyd edək ki, Almaniyanın "Proyssen" klubunun üzvü Rüfət Dadaşov noyabrın 14-də keçirilmiş məşqdə zədələndiyi üçün millinin heyətindən çıxarılıb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.