Kök turistlərə eşşəyə minmək qadağan edili

İspaniyanın Malaqa şəhərindən 20 dəqiqə aralıda yerləşən populyar Mixas kurortunda 80 kq-dan artıq çəkiyə malik adamlara ulağa minmək qadağan ediləcək.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, yerli hakimiyət bir sıra ictimai məsləhətləşmə keçirməyi və bu qaydanı 2020-ci il yanvarın 1-dən tətbiq etməyi planlaşdırır. Bundan başqa, veterinar nəzarətin gücəndirilməsi və tövlələrdə təmizliyin yoxlanması nəzərdə tutulur. 

​Meriya eşşəklərin sahibi, onları otaranlar və yerli heyvan haqlarını müdafiə təşkilatları ilə razılaşma əldə etdikdən sonra dəyişikliklər barədə məlumat yayıb.

Adıçəkilənlər uzun illərdir ki, insanların Mixasın vacib turistik elementlərindən sayılan eşşəklərlə davranışından narazıdırlar. Məsələn, 2014-cü ildə 150 kiloluq bir turist eşşəyin belinə minəndən sonra yazıq heyvan tələf olmuşdu. 

 

Mixas Kosta-del-Solda (Günəşli sahil) ən gözəl sahil şəhərlərindən sayılır. Onu həmçinin "ulaq taksisinin paytaxtı" da adlandırırlar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.