350 abonentin qaz təminatında fasilə yarandı - SƏBƏB

Qazaxda  350 abonentin qaz təminatı dayanıb.

"Azəriqaz" İstehsalat Birliyindən Milli.Az-a verilən məlumata görə, Qazax şəhərinin N.Nərimanov küçəsində, Hüseynbəyli kəndinin 76 mm diametrində daşıyıcı orta təzyiqli qaz xətti avtomobil qəzası zamanı qırılıb.

Nəticədə 350 abonentin qaz təminatında fasilə yaranıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.