Müxalifətin növbəti uğursuzluğu - Cəmil Həsənli məsuliyyətdən qaçır

Özünü demokratik qüvvələrin "Milli Şura"sı kimi təqdim edən qurumun sədri Cəmil Həsənli siyasi bacarıqsızlığını etiraf edərək sözügedən quruma sədrliyi Tofiq Yaqubluya həvalə etmək istəyir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, C.Həsənli bu barədə özünün sosial şəbəkədəki səhifəsində yazıb.

"Tofiq Yaqublu Milli Şuranın sədri vəzifəsinə irəli çəkilməyə layiqdir" - qeydini edən C.Həsənli bununla da müxalifətin yarıtmaz siyasətinə görə daşıdığı məsuliyyətdən qurtulmaq istəyini bəyan etmiş olur.

Qeyd edək ki, oktyabrın 19-da Bakıda "Milli Şura"nın keçirməyə cəhd etdiyi icazəsiz etiraz aksiyasında polisə müqavimətdə təqsirləndirilərək inzibati həbs olunan Tofiq Yaqublu dünən azadlığa buraxılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.