Bakıda dəhşətli qəza: "Mercedes" yolda 6 dəfə fırlandı

Bakıda baş verən dəhşətli qəza anı kameraya düşüb.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Həsən Əliyev küçəsində baş verib. Tuneldən çıxan "Mercedes" markalı avtomobil idarəetməni itirərək əvvəlcə yolun sağ zolağındakı avtomobilə çırpılır.

Ardınca isə 6 dəfə fırlanaraq əks istiqamətə düşür. Hadisə nəticəsində sürücü xəsarət alır. Avtomobilin ön hissəsi isə yararsız hala düşür. Görüntüləri təqdim edirik:

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.