Kadırovun qızının hazırladığı moda kolleksiyası Parisdə nümayiş olunacaq

Çeçenistan başçısı Ramzan Kadırovun böyük qızı Ayşətin rəhbərlik etdyi "Firdaws" moda evinin yeni kolleksiyası fevralın 25-də Parisdə nümayiş olunacaq.

Day.Аz xəbər verir ki, "Məhəbbət tarixi" adlanan kolleksiya çeçen bəstəkarlarının əsərlərinin müşayiəti altında təqdim olunacaq. Dəfilə zamanı eləcə də, XX əsrin ikinci yarısına aid çeçen rəssamlarının rəsm əsərləri nümayiş olunacaq, xereoqrafiya kollektivi və "İlli" xor kapellası çıxış edəcək.

Qeyd edək ki, onun "Dağ mirvarisi" adlanan son kolleksiyası 2017-ci ildə Moskvada nümayiş olunub. Həmin dəfilədə 50-dən çox libas və aksesuar təqdim olunub.

A.Kadırova özü Parisdəki nümayiş ərəfəsində bildirib ki, onun məqsədi çeçen mədəniyyətini bütün dünyaya tanıtmaqdır.

Xatırladaq ki, o, daha öncə anası Mədinə Kadırovaya məxsus "Firdaws" moda evinə 2016-cı ildən rəhbərlik etməyə başlayıb.