Moldova qərar verdi – Karantindən çıxır

Moldova hökuməti koronavirus epidemiyası səbəbindən ölkədə tətbiq edilən karantindən iyunun 1-dən başlayaraq tədricən çıxmaq barədə qərar verib. Day.Az xəbər verir ki, bu barədə bəyan edən ölkə Prezidenti İqor Dodon əksər məhdudiyyətlərin ləğv ediləcəyini qeyd etsə də, konkret hansı qadağaların qüvvədə qalacağını, hansı sahələrdə işin bərpa olunacaqğını açıqlamayıb.

Prezidentin sözlərinə görə, ölkədə koronavirusa yoluxanların yarıdan çoxu artıq müalicə olunaraq sağalıb ki, bu da karantindən çıxmağa əsas verir.

Son məlumata görə, Moldovada koronavirusa yoluxanların sayı 6 138, ölənlərin sayı isə 217 nəfər olub.