Moskvada məhkəmə hakimləri koronavirusa yoluxdu

Moskva şəhər məhkəməsində bir neçə hakim və əməkdaş koronavirusa yoluxub. Day.Az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat katibi Ulyana Solopova məlumat verib.

Məlumata görə, onlarda COVİD-19 may bayramlarında aşkar edilib, bu səbəbdən məhkəmədə həmkarları ilə ünsiyyətdə olmadıqları qeyd edilir. Hazırda koronaviruslu hakim və əməkdaşların evdə müalicə aldıqları, vəziyyətlərinin normal olduğu qeyd edilir.

Mətbuat katibinin sözlərinə görə, yoluxma faktından sonra məhkəmədə dezinfeksiya və sanitar-epidemioloji tədbirlər həyata keçirilib.

Son məlumata görə, Rusiyada koronavirusa yoluxanların sayı 290 min nəfəri, ölənlərin sayı isə 2800 nəfəri keçib.