Bu şəxslər Zoom-dan ödənişsiz istifadə edə bilməyəcəklər

Koronavirus pandemiyası dönəmində xeyli auditoriya əldə edən Zoom artıq bəzi ölkələrdə fiziki şəxslərin platformadan ödənişsiz istifadəsini məhdudlaşdırır.

Day.Az ted.az-a istinadən bildirir ki, əsası 9 il öncə qoyulan, ötən il 10 milyon istifadəçisi olan Zoomun auditoriyası bu il 300 milyondur.

Buna baxmayaraq, Zoom Çində yalnız təşkilati hesablara ödənişsiz xidmət göstərəcəyini açıqlayıb. Beləliklə, platforma Çindəki fiziki şəxslərin ödənişsiz hesab açmasını qadağan edib.

Şirkətin bu qərarı digər ölkələrdə də tətbiq edib-etməyəcəyi barədə rəsmi məlumat yoxdur. Mütəxəssislər qadağanın ilk dəfə Çində tətbiq olunmasını əhali sayının çoxluğu ilə əlaqələndiriblər.