Bakı-Sumqayıt yolunda tıxac yarandı

Bakı-Sumqayıt yolunda tıxac yaranıb. 

Oxu.Az-ın məlumatına görə, Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.

Yolun Xırdalan dairəsindən başlayan tıxac "Ekologiya postu"na qədər davam edir. 

Tıxaca Bakı-Sumqayıt yolunun genişləndirməsi çərçivəsində davam edən işlər səbəb olub.