https://news.day.az/azerinews/1242084.html
İndoneziyada helikopter qəzasında 4 nəfər ölüb
İndoneziyada helikopter qəzasında 4 nəfər ölüb

İndoneziyanın hərbi helikopterinin Mərkəzi Yava vilayətində qəzaya uğraması nəticəsində dörd hərbi qulluqçu həlak olub, beş nəfər yaralanıb.
Day.Az Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə "Sinxua" agentliyi ölkə ordusu nümayəndəsinə istinadən bildirib.
Məlumata əsasən, hadisə uçuş təlimi zamanı baş verib. Vertolyot düşməyə başlayarkən alovlanıb və sonra partlayıb.
Hadisənin səbəblərini öyrənmək üçün araşdırma aparılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре