Sərt karantin vaxtı regionlara getmək istəyənlərin diqqətinə

Sərt karantin günlərindən öncə torpaq yollardan istifadə edərək rayonlara gedən sürücülər müəyyən edilərək məsuliyyətə cəlb ediləcəklər.

Day.Az xəbər verir ki, bu barədə Qazet.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Kamran Əliyev qeyd edib ki, sərt karantinlə bağlı qərar qəbul ediləcəyi təqdirdə xüsusi tədbirlər görüləcək. Postlarda polislərə rüşvət verərək keçən şəxslərin olması barədə suala cavab verən şöbə rəisi qeyd edib ki, bununla bağlı fakt yoxdur.

"Biz bu barədə məlumat vermişik. Hər kəs yazır və deyir ki, pul verib keçirlər. Əgər belə bir fakt varsa, bizə məlumat verilsin. Tədbirlər görüləcək", - deyə Kamran Əliyev qeyd edib.