Dünyada koronavirusdan ölənlərin sayı 450 mini keçdi

Bu günədək dünyada koronavirus infeksiyasından ölənlərin sayı 450 min nəfəri keçib.

Day.Az xəbər verir ki, Trend-in məlumatına görə, son 24 saat ərzində 1 506 nəfərin ölümü qeydə alınıb.

Ümumilikdə, bu günədək 451 958 nəfər virusun qurbanı olub. Ölüm sayına görə, ABŞ liderlik edir. Bu ölkədə 119 943 nəfər ölüb.

Braziliyada 46 665, Böyük Britaniyada 42 153 nəfər həyatını itirib.

Dünyada koronavirusa yoluxanların sayı isə 8,4 milyon nəfəri keçib.